reklam
Sportfm.az xəbər saytı

"Qarabağ"ın rəqibi iki futbolçusunu göndərdi -Ayrılıq


UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan Polşa "Lex"i iki futbolçusu ilə yollarını ayırır.

Sportfm.az xəbər verir ki, çexiyalı Yan Sikora və ispaniyalı Daniel Ramires Poznan təmsilçisində qalmaq istəmir.

Sikora artıq ölkəsinin "Viktoriya" (Plzen) klubunda təlim-məşq toplanışına qoşulub.

Ramires isə rəhbərliyə müraciət edərək ayrılmaq istədiyini söyləyib. Buna baxmayaraq, 30 yaşlı yarımmüdafiəçi "Qarabağ"la görüşlərin iştirak ərizəsinə daxil edilib.

Qeyd edək ki, "Lex" və "Qarabağ" komandaları arasındakı ilk oyun bu gün keçiriləcək. "Poznan" stadionunda qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab görüşü iyulun 12-də Bakıda olacaq.

Oxşar xəbərlər

“Qarabağ”ın rəqibi futbolçusunu göndərdi
"Qarabağ" "Lex"ə məğlub oldu - Çempionlar Liqası
"Qarabağ" Çempionlar Liqasında mübarizəyə başlayır
"Qarabağ"ın Polşaya səfər proqramı bəlli oldu
"Qarabağ"ın rəqibi məğlub oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər