"Qarabağ"ın Avstriyadakı rəqibləri müəyyən oldu
"Qarabağ"ın Avstriyada təlim-məşq toplanışında keçirəcəyi yoldaşlıq oyunlarıdakı rəqibləri bəlli olub.
Sportfm.az xəbər verir ki, klubun Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin verdiyi məlumata görə, "köhlən atlar" ilk matçını iyunun 25-də Rumıniyanın "Botoşani" klubuna qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Ağdam təmsilçisi iyunun 29-da isə iki oyuna çıxacaq. Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv saat 12:00-da Almaniyanın "Holştayn", saat 18:30-da Rumıniyanın "Universitatya Krayova" komandaları ilə üz-üzə gələcək.
Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Polşa "Lex"i ilə üz-üzə gələcək. İlk görüş iyulun 5-də səfərdə, cavab matçı isə 1 həftə sonra Bakıda olacaq.
Oxşar xəbərlər
"Qarabağ" Avstriyada iki oyuna çıxır - Yoxlama görüşü
"Qarabağ"ın Polşaya səfər proqramı bəlli oldu
“Qarabağ”ın yeni mövsümdə ilk oyunu - Yoxlama oyunu
"Qarabağ"ın "Lex"lə oyunlarının vaxtı dəqiqləşdi - Çempionlar Liqası
"Qarabağ"ın rəqibləri bəlli oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Üç boksçumuz 1/4, dördü 1/2 finala yüksəldi - Avropa çempionatı
-
Ayxan Abbasov U-16 millisinin üzvləri ilə görüşdü
-
"Sabah" - "Borussiya" 1:2 - VİDEO
-
Cüdoçular qran-pri turnirində iştirak edəcək
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
PSJ “Barselona”ya qalib gəldi, “Fənərbaxça” “Slaviya” ilə bərabərə qaldı - Çempionlar Liqası














Misli Premyer Liqası