Rəcəbov ilk qələbəsini qazandı -İddiaçılar Turniri
Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində ilk qələbəsini qazanıb.
Sportfm.az xəbər verir ki, bu, IX turda ABŞ təmsilçisi Hikaru Nakamura ilə qarşılaşmaya təsadüf edib.
Ağ fiqurlarla oynayan 35 yaşlı qrossmeyster 41-ci gedişdə rəqibi təslim olmağa məcbur edib. Bu qələbə ilə Rəcəbov həm də Nakamuradan ilk dövrədəki məğlubiyyətin əvəzini çıxıb.
Qeyd edək ki, Teymur Rəcəbov əvvəlki oyunlarında Alireza Firuzca (Fransa) ilə 2 dəfə, Yan Nepomnyaşi (Rusiya), Yan-Kşiştof Duda (Polşa), Dinq Liren (Çin) və Rixard Rapport (Macarıstan) ilə 1 dəfə heç-heçə edib, Nakamura və Fabiano Karuanaya (hər ikisi ABŞ) isə uduzub. 9 turdan sonra onun aktivində 4 xal var.
Oxşar xəbərlər
Teymur Rəcəbovdan 8-ci heç-heçə - İddiaçılar Turniri
Teymur Rəcəbov ABŞ şahmatçısı ilə qarşılaşacaq - İddiaçılar Turniri
Rəcəbov bu gün Firuzca ilə görüşəcək - İddiaçılar Turniri
Rəcəbov növbəti görüşünü keçirəcək
Teymur Rəcəbov Çin şahmatçısına qarşı - İddiaçılar Turniri
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası