Rəcəbov bu gün Firuzca ilə görüşəcək -İddiaçılar Turniri
Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün VIII turun görüşünü keçirəcək.
Sportfm.az xəbər verir ki, 35 yaşlı qrossmeyster qara fiqurlarla Fransa təmsilçisi Alireza Firuzca ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.
Qeyd edək ki, Teymur Rəcəbov əvvəlki oyunlarında Alireza Firuzca (Fransa), Yan Nepomnyaşi (Rusiya), Yan-Kşiştof Duda (Polşa), Dinq Liren (Çin) və Rixard Rapport (Macarıstan) ilə heç-heçə edib, Hikaru Nakamura və Fabiano Karuanaya (hər ikisi ABŞ) isə uduzub. İlk dövrədən sonra Rəcəbov Firuzca ilə birlikdə hərəyə 2,5 xalla 7-8-ci yerləri bölüşür. Turnir cədvəlinə 5,5 xala malik Nepomnyaşi başçılıq edir.
Oxşar xəbərlər
Teymur Rəcəbovdan 8-ci heç-heçə - İddiaçılar Turniri
Rəcəbov ilk qələbəsini qazandı - İddiaçılar Turniri
Teymur Rəcəbov ABŞ şahmatçısı ilə qarşılaşacaq - İddiaçılar Turniri
Rəcəbov növbəti görüşünü keçirəcək
Teymur Rəcəbov Çin şahmatçısına qarşı - İddiaçılar Turniri
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası