"Qarabağ" "Botoşani"ni darmadağın etdi -VİDEO
Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" komandası bu gün ilk yoxlama oyununu keçirib.
Sportfm.az xəbər verir ki, rəqib Rumıniya "Botoşani"si olub. Kössen stadionunda təşkil olunan qarşılaşma "köhlən atlar"ın 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Ağdam klubunun heyətində qolları 11-ci dəqiqədə Kadi Borges, 15-ci dəqiqədə Marko Veşoviç, 40-cı və 58-ci dəqiqələrdə isə İbrahima Vadji vurub.
Yoxlama oyunu
25 iyun
19:00. "Qarabağ" - "Botoşani" - 4:0
Qollar: Kadi Borges, 11, Marko Veşoviç, 15, İbrahima Vadji, 40; 58
Kössen stadionu
"Qarabağ": Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Maksim Medvedev, Riçard Almeyda, Abdullah Zubir, Filip Ozobiç, Kadi Borges, İbrahim Vadji, Marko Veşoviç, Elvin Cəfərquliyev, Kevin Medina
Oxşar xəbərlər
"Lex" - "Qarabağ" - START HEYƏTLƏR
"Qarabağ"dan 8 qollu qalibiyyət - Premyer Liqa
Kadi Borges "Qarabağ"ın qapıçısını cəzalandırdı
“Qarabağ” – “Bazel” - START HEYƏTLƏR
"Qarabağ"ın iştirak ərizəsi - Qrup oyunları üçün
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası