Kadi Borges "Qarabağ"ın qapıçısını cəzalandırdı
Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədə “Qarabağ” 2 gündür hazırlığını bərpa edib.
Sportfm.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "köhlən atlar" hazırlığını milli komandalara getməyən 7 futbolçu - Şahruddin Məhəmmədəliyev, Luka Quqeşaşvili, Kevin Medina, Abdullah Zubir, Kadi Borges, İsmayıl İbrahimli, İbrahima Vadji və "Qarabağ-2"dən heyətə cəlb edilən futbolçularla davam etdirir.
Bu gün hazırlıq çərçivəsində "Azersun Arena"da ikitərəfli oyun baş tutub. Əsas komanda əvəzedici heyətdən dəvət olunmuş futbolçulardan ibarət qarışıq heyətlə "Qarabağ-2"yə qarşı oynayıb və 7:1 hesabı ilə qalib gəlib. Qolları Kadi Borges (2), İbrahima Vadji, Abdullah Zubir (2), Seyxan Fərəcov və Mehdi Tahirov vurublar. Əvəzedici heyətin qolunun müəllifi isə U-19 komandasından dəvət edilmiş Bəhram Köçərli olub.
Komandalar oyuna bu heyətlə başlayıblar:
"Qarabağ": Şahruddin Məhəmmədəliyev, Kevin Medina, Tolqar Yaqubov, Mehdi Tahirov, Sultan Mustafayev, Əli Nəcəfli, İsmayıl İbrahimli, Kadi Borges, Abdullah Zubir, İbrahima Vadji, Seyxan Fərəcov
"Qarabağ-2": Luka Quqeşaşvili, İbrahim Hüseynov, Rauf Hüseynli, Vasif Fərəcov, Elmir Abbasov, Hüseyn Əliyev, Ruslan Bayramov, Musa Musazadə, Nurlan Şabanov, Emil Abbasov, Mirmövsüm Caniyev.
Oxşar xəbərlər
"Lex" - "Qarabağ" - START HEYƏTLƏR
"Qarabağ" "Botoşani"ni darmadağın etdi - VİDEO
"Qəbələ" - "Qarabağ" - START HEYƏTLƏR
"Qarabağ”ın 19 futbolçusu milli komandalara çağırıldı - UĞUR
“Qarabağ” qrup lideridir - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Premyer Liqada 28-ci tur başlayır - YENİLƏNİR
-
“Şaxtyor” yarımfinala çıxdı - Konfrans Liqası















Misli Premyer Liqası