DÇ-2022-də yeni texnologiya sınaqdan keçiriləcək
Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) ofsayd vəziyyətini aşkar edən və süni intellekt tərəfindən idarə olunan yarımavtomatik VAR texnologiyasını Qətərdə keçiriləcək dünya çempionatında tətbiq edə bilər.
Sportfm.az xəbər verir ki, bu barədə ESPN nəşri məlumat yayıb. Qurumun fikrincə, oyundankənar vəziyyətə qərar vermək üçün tələb olunan vaxt bəzi hallarda dörd dəqiqəyə çatır ki, bu da ciddi problemdir. FİFA tərəfindən hazırlanmış yarımavtomatik texnologiya bu vaxtı 3-4 saniyəyə qədər azaltmalı, VAR-ı daha sürətli və dəqiq məlumatla təmin etməlidir.
Bildirilib ki, oyundankənar vəziyyətləri aşkar edən yarımavtomatik VAR texnologiyası həm də oyundankənar vəziyyət qərarının əhəmiyyətli dərəcədə təkmilləşdirilmiş qrafik vizuallaşdırılmasını təmin edəcək və təkrarlar 25 saniyə ərzində yayımçılar və stadion ekranları üçün əlçatan olacaq.
Oxşar xəbərlər
Futbolda ofsayd qaydası dəyişdirilir
Yeni sistem fəaliyyətə başlayır - UEFA
DÇ-2022-də yenilik - RƏSMİ
Ofsaydla bağlı yeni qərar
FIFA daha bir qaydanı dəyişmək istəyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası