FİFA onları DÇ-2022-dən kənarlaşdırdı -Əvəzlərinə Çili oynayacaq
FİFA iyunun 10-da Ekvador yığmasını DÇ-2022-dən kənarlaşdırmaq barədə qərarını elan edə bilər.
Sportfm.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb. Dünyanın ali futbol qurumu artıq Ekvadorun mundialda iştirak etməyəcəyinə, Çilinin isə onun yerini tutacağına qərar verib.
Daha əvvəl bildirilmişdi ki, Çili yığmasının vəkili Eduardo Karlezzoda Ekvador millisinin müdafiəçisi Bayron Kastilyonun kolumbiyalı olması ilə bağlı sübutlar var, ona görə də onun Ekvador millisində oynamaq hüququ yoxdur. Vəkil Kastilonun doğum haqqında şəhadətnaməsini tapıb və bu, onun 1998-ci ilin noyabrında Ekvadorda deyil, Kolumbiyanın Tumako şəhərində anadan olduğunu göstərir.
Qeyd edək ki, Qətərdə keçiriləcək DÇ-2022-nin final mərhələsi noyabrın 21-dən dekabrın 18-dək olacaq.
Oxşar xəbərlər
Millidə yeni baş məşqçi
Rusiya telekanalları FİFA-ya 39 milyon ödəyəcək
Mundial vaxtından əvvəl başlayacaq - DÇ-2022
DÇ-2022-nin təqvimində dəyişiklik - FİFA
İnfantino inadından əl çəkmir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası