reklam
Sürücülərə müraciət edildi -
Sportfm.az xəbər saytı

Sürücülərə müraciət edildi -"İctimai nəqliyyata üstünlük verin"


Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) “Formula 1" ilə bağlı sürücülərə müraciət edib. 

NİİM-dən Sportfm.az-a daxil olan müraciətdə deyilir:

"Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yollarda müşahidə olunan son vəziyyətlə bağlı məlumatları təqdim edir və eyni zamanda sürücülərə müraciət edərək paytaxtımızda qonaqpərvərlik mühitinin qorunması üçün “Formula 1 Azərbaycan Qran Pri” yarışı ilə əlaqədar yollardakı müvəqqəti xarakter daşıyan dəyişiklik və məhdudiyyətləri anlayışla qarşılamağı, şəhər mərkəzinə şəxsi nəqliyyat vasitələri ilə getməməyi, daha çox ictimai nəqliyyata üstünlük verməyi, həmçinin dayanma-durma qaydalarına ciddi riayət olunmasını xahiş edir.

Qeyd olunanlar sıxlıqların yaranmaması baxımından mühüm əhəmiyyət kəsb edir".

 

Oxşar xəbərlər

DYP vətəndaşlara müraciət etdi - "Qarabağ" - "Bazel" oyunu ilə bağlı
Türkiyənin oyununa görə hansı yollar bağlanır? - MƏLUMAT
Formula yarışı zamanı paytaxtın küçə və prospektlərində nəqliyyatın hərəkəti - DYP
BNA əhaliyə müraciət etdi: ciddi zərurət olmadığı halda şəxsi maşınla çıxmayın...
İslamiada zamanı kimlər nəqliyyatdan pulsuz istifadə edəcəklər? - RƏSMİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər