Formula yarışı zamanı paytaxtın küçə və prospektlərində nəqliyyatın hərəkəti -DYP
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) mayın 31-dən iyunun 8-dək Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar keçiriləcək tədbirdə Bakı şəhəri ərazisində yol hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə bağlanan və istiqaməti dəyişdirilən küçə və prospektlər barədə məlumat yayıb.
Sportfm.az xəbər verir ki, Formula 1 Bakı halqası istiqamətində Kövkəb Səfərəliyeva, Rixard Zorqe, Puşkin, Bülbül, Səməd Vurğun, Teymur Elçin, Mehdi Hüseyn, Lermontov, Azərbaycan, Mikayıl Useynov, Zərgər Palan, Murtuza Muxtarov, Şeyx Şamil, Afiyəddin Cəlilov, Yusif Səfərov adına küçə və prospektlərdə avtomobillərin hərəkət istiqaməti dəyişdirilir:
Bakı Zığ yolu – 8 Noyabr prospekti ilə hərəkət edənlər Nəcəfqulu Rəfiyev və Babək prospektləri vasitəsilə 10-cu Zavod Dairəsindən keçərək metronun “Gənclik” stansiyası istiqamətinə, hava limanından Heydər Əliyev prospekti ilə gələnlər isə metronun “Koroğlu” stansiyasından keçməklə mərkəzə doğru Nərimanov rayonu ərazisindən, həmçinin Dərnəgül yolu ilə hərəkət edə bilərlər.
Həmçinin Afiyəddin Cəlilov – Mehdi Mehdizadə küçələri ilə Yusif Səfərov küçəsinin kəsişməsindən hərəkət sağa, 28 May və ya 10-cu Zavod Dairəsi istiqamətinə, “20-ci sahə”, Bayıl qəsəbəsi və Bayraq Meydanı yanından hərəkət edənlər Mikayıl Useynov küçəsi ilə Bayıl qəsəbəsinin daxili yolları ilə hərəkətlərini Neftçi Qurban və Xanlar küçəsi istiqaməti üzrə Parlament prospektinə doğru davam edə bilərlər.
Bakı-Salyan-Ələt yolundan isə hərəkət Lökbatan dairəsindən 3-cü kənar dairəvi yolla Yasamal rayonu ərazisindən keçməklə, eləcə də Mehdi Hüseyn - Teymur Elçin küçələrindən hərəkət Şeyx Şamil küçəsi ilə kəsişmədən Lermontov küçəsinə hərəkətin əksinə və M.Axundov parkı ərazisi ilə hərəkət edən avtomobillərin Əhməd Cavad küçəsində əksinə hərəkəti nəzərdə tutulur.
Ü.Hacıbəyov küçəsinin kəsişməsindən Füzuli küçəsinin kəsişməsinədək Səməd Vurğun küçəsində ikiistiqamətli hərəkət müəyyənləşdirilib.
Yük avtomobillərinin sürücülərindən, onların hərəkətlərini tənzimləyən hüquqi və fiziki şəxslərdən paytaxtın mərkəzi istiqamətinə səfərlərini məhdudlaşdırmaqla alternativ yollardan istifadə etməyi, eləcə də bütün sürücülərdən DYP əməkdaşlarının tədbir keçirilən ərazilərdə nizamlayıcı qismində verdiyi işarələrə düzgün əməl etmələri xahiş edilir.
Bununla yanaşı, bölgələrdən paytaxta gəlmək istəyən, o cümlədən şəhərdə şəxsi nəqliyyat vasitələri ilə hərəkət edən vətəndaşlarımıza yollarda sıxlıqların yaranmaması üçün, həmçinin mərkəzi küçə və prospektlərdə parklama imkanlarının azaldığını nəzərə alıb, ictimai nəqliyyata üstünlük vermələri tövsiyə olunur.
Xatırladaq ki, Formula 1 Azərbaycan Qran-Prisi iyunun 4-6-da Bakıda şəhər halqasında keçiriləcək.
Oxşar xəbərlər
“Formula 1”-lə bağlı Bakıda 20 avtobusun hərəkət sxemi dəyişir
Bakıda görə hərəkət daha da məhdudlaşdırılır - Formula 1
DYP vətəndaşlara müraciət etdi - "Qarabağ" - "Bazel" oyunu ilə bağlı
DİN Avro-2020 ilə bağlı məlumat yaydı
Formula 1-ə görə bağlanan yollar açıqlandı - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası














Misli Premyer Liqası