reklam
İqor Ponomaryovun 57 yaşı tamam olur
Sportfm.az xəbər saytı

İqor Ponomaryovun 57 yaşı tamam olur


"Neftçi”nin veteran futbolçusu İqor Ponomaryovun doğum günüdür.
 
Sportfm.az xəbər verir ki, 1960-ci ildə Bakıda dünyaya gəlmiş sabiq yarımmüdafiəçi 1978-1981, 1983-1989-cu illər ərzində "Neftçi”nin heyətində çıxış edib, 246 oyunda 70 qol vurub. Ponomaryov penalti vuruşlarını sərrast yerinə yetirməsi ilə ad çıxarmışdı. 

1988-ci ildə SSRİ Olimpiya yığmasının heyətində qızıl medal qazanmış Ponomaryov Azərbaycan milli komandasının baş məşqçisi (2000-2001) vəzifəsində də çalışıb. Veteran futbolçumuzu doğum günü münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür arzulayırıq.


Oxşar xəbərlər

Bü gün Anatoli Banişevskinin doğum günüdür
İqor Ponomaryova yeni vəzifə verildi - "Sabah"da
"Neftçi" Qurban Qurbanovu təbrik etdi - VİDEO
Nazim Süleymanovun yubiley yaşı
Anatoli Banişevskinin doğum günündən 71 il ötür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər