Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycan bir neçə ölkənin paralimpiya komitələri ilə memorandum imzaladı -FOTO
Azərbaycan, Syerra-Leone, Qvineya və Liberiya Paralimpiya Komitələri arasında anlaşma memorandumu imzalanmışdır.
Sportfm.az xəbər verir ki, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun Syerra-Leoneyə səfəri çərçivəsində bu ölkənin, eləcə də Qvineya və Liberiya Paralimpiya Komitələrinin rəhbər heyəti ilə görüşü baş tutub.
Görüş iştirakçıları Milli Paralimpiya Komitələrinin fəaliyyətləri, ölkələrində idmanın inkişafı haqqında məlumat vermişlər, gələcək əməkdaşlıq mövzusunda geniş müzakirələr etmişlər.
Komitə prezidenti İlqar Rəhimov milli paralimpiya komitələrinin davamlı inkişafını təmin etmək məqsədilə digər dövlətlərin paralimpiya komitələri, müvafiq dövlət qurumları, eyni zamanda beynəlxalq təşkilatlarla sıx əlaqədə olmalırını tövsiyə etmişdir.
Eyni zamanda tədbirdə görmə məhdudiyyətli şəxslərin idmana cəlb edilməsi, Liberiya və Qvineyanın da tezliklə IBSA üzv olmaları müzakirə edilmişdir.
Daha sonra Azərbaycan, Syerra-Leone, Qvineya və Liberiya Paralimpiya Komitələri arasında anlaşma memorandum imzalanmışdır. Memorandum tərəflər arasında qarşılıqlı əməkdaşlığı və təcrübə mübadiləsini əhatə edir.
Görüşdə Syerra-Leone Olimpiya Komitəsinin, idman federasiyalarının nümayəndələri, eləcə də tanınmış idmançılar da iştirak etmişlər.




Oxşar xəbərlər
Olimpiya və Paralimpiya komitələri arasında memorandum imzalandı
Milli Paralimpiya Komitəsinin prezidenti səfirlə görüşdü
Paralimpiya Komitəsi beynəlxalq əlaqələrini genişləndirir
Azərbaycan paralimpiya hərəkatında liderdir - FOTO
Azərbaycan Abu-Dabidə Beynəlxalq Paralimpiya Komitəsinin konfransında
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası