reklam
Hindistanlı turist Azərbaycan dağlarında itkin düşdü -
Sportfm.az xəbər saytı

Hindistanlı turist Azərbaycan dağlarında itkin düşdü -Hadisə


Azərbaycanda itkin düşən hindistanlı turistin axtarışları davam etdirilir.

Sportfm.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Qeyd olunub ki, mayın 17-də Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzinə turist kimi ölkəmizə səyahət edən Hindistan vətəndaşı, sonuncu dəfə Zaqatalada olan 29 yaşlı Kondaveeti Manikath adlı şəxsin itkin düşməsi ilə bağlı müraciət daxil olub:

“Daxil olmuş müraciət əsasında aparılan ilkin araşdırma zamanı onun Zaqatalada qaldığı oteli mayın 12-də tərk etdiyi və Car kəndinin çətin relyefə malik yüksək dağlıq ərazisinə getdiyi müəyyən olunub.

Hazırda rayon Polis Şöbəsinin, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti strukturunun əməkdaşları həmin şəxsin tapılması istiqamətində axtarışlara cəlb olunublar. Nəticəsi barədə əlavə məlumat veriləcək”.

Oxşar xəbərlər

Alpinistlərin ölümünün detalları açıqlandı - İmkanları olmayıb...
İtkin düşən alpinistlər tapıldı - 4 metr dərinlikdən meyidləri çıxdı
İtkin düşən alpinistin anası: Dedim salamat get, o da dedi ki...
İtkin düşmüş alpinistlərin axtarışları dayandırıldı - FOTO
İtkin düşmüş alpinistlərlə bağlı qərargah rəisindən - Rəsmi açıqlama

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər