İtkin düşmüş alpinistlərin axtarışları dayandırıldı -FOTO
Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışlarında iştirak edən Avstriyanın Daxili İşlər Nazirliyinin dağ-xilasetmə sahəsi üzrə mütəxəssisləri bir neçə gündən sonra axtarışları dayandıraraq ölkəmizi tərk edib.
Sportfm.az xəbər verir ki, bu barədə axtarış tədbirlərində iştirak edən mənbə məlumat verib.
Məlumatda qeyd olunur ki, itkin düşmüş alpinistlərin tapılması istiqamətində aparılan axtarış-xilasetmə işlərində avstriyalı mütəxəssislərin bilik və təcrübələrini bölüşüblər. Sonrakı günlərdə xarici mütəxəssislər Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə bir qrup jurnalistlə görüşüb, onlara bəzi açıqlamalar verib.
Avstriya Daxili İşlər Nazirliyinin dağ-xilasetmə polisi Adolf Herrer jurnalistlərə bildirmişdi ki, bu vaxtlar axtarış aparmaq çox risklidir.
Mənbə bildirib ki, hazırda axtarış işlərini yerli xilasedicilər və Türkiyədən olan iki mütəxəssis aparır.
Onu da bildirək ki, axtarışlardan 20 günə yaxın vaxtın keçməsinə baxmayaraq, alpinistlərdən heç bir iz tapılmayıb.
Məsələ ilə bağlı FHN-ə müraciət etsək də, şərh almaq mümkün olmayıb.
Xatırladaq ki, "Gilavar" Hava-Ekstrim İdman Klubunun üzvləri Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyadzadə dekabrın 23-də Quba rayonunun Xınalıq kəndi istiqamətindən Tufandağa (4191m) yürüşə çıxıblar. Dekabrın 24-də ailələri ilə danışan alpinistlərlə az sonra əlaqə itib.
Fövqəladə Hallar Nazirliyi dekabrın 27-dən alpinistlərin axtarışına başlayıb.
Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq - ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə iş başlanılıb.
Oxşar xəbərlər
İtkin düşən alpinistlər tapıldı - 4 metr dərinlikdən meyidləri çıxdı
FHN itkin düşmüş alpinistlərin axtarışları ilə bağlı məlumat yaydı - Axtarışlar davam edir
İtkin düşmüş alpinistlərlə bağlı qərargah rəisindən - Rəsmi açıqlama
Alpinistlərin axtarışı ilə bağlı daha bir açıqlama - Onları tapmaq mümkün olmur
Alpinistlərin axtarışına dağ-xilasetmə dəstəsi cəlb olunacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı















Misli Premyer Liqası