reklam
Ağırlıqqaldırma Federasiyasında yeni prezident
Sportfm.az xəbər saytı

Ağırlıqqaldırma Federasiyasında yeni prezident


Azərbaycan Ağırlıqqaldırma Federasiyasında prezident seçkiləri keçirilib.
Sportfm.az xəbər verir ki, bu gün keçirilən növbədənkənar ümumi yığıncaqda Azərbaycan Sənaye Korporasiyasının baş direktoru Kamran Nəbizadə federasiyanın yeni prezidenti seçilib.

Firdovsi Umudov və Mirsəməd Mövsümzadə isə vitse-prezident vəzifəsinə seçiliblər.

Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbirdə federasiyanın adının dəyişdirilməsi də qərara alınıb. Azərbaycan Ağır Atletika Federasiyası bundan sonra Azərbaycan Ağırlıqqaldırma Federasiyası kimi qəbul olunacaq.

Yeni prezident Kamran Nəbizadə çıxış edərək, qurumun bundan sonrakı fəaliyyəti və qarşıdakı planları barədə danışıb. Sonda Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə yeni seçilən federasiya rəhbərliyinə uğurlar arzulayıb.

Oxşar xəbərlər

Federasiyasının vitse-prezidenti qərb bölgəsinə səfər etdi
Çingiz Hüseynzadə istefa verdi
Kəmaləddin Heydərov yenidən federasiya prezidenti oldu - Təyinat
Triatlon Federasiyasında yeni prezident - Təyinat
Çingiz Hüseynzadə yenidən Azərbaycan Atletika Federasiyasının prezidenti seçilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər