Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Çingiz Hüseynzadə yenidən Azərbaycan Atletika Federasiyasının prezidenti seçilib
Milli Olimpiya Komitəsinin inzibati binasında Azərbaycan Atletika Federasiyasının (AAF) hesabat-seçki konfransı keçirilib.
Sportfm.az xəbər verir ki, konfransda Federasiyanın hesablama komissiyasının məlumatları təqdim olunub.
Daha sonra AAF-in prezidenti Çingiz Hüseynzadə hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, Azərbaycan Atletika Federasiyası IV İslam Həmrəyliyi Oyunlarına ciddi hazırlaşır. Federasiya "Bakı-2017”də 30 idmançı ilə təmsil olunacaq.
Atletikanın inkişafı istiqamətində Federasiya tərəfindən həyata keçirilən tədbirlərdən danışan AFF prezidenti deyib: "Qurumun uğuru Avropa Atletika Federasiyası ilə sıx əlaqədardır. Federasiyanın böyük uğurlarından biri Nazim Babayevin yeniyetmələr arasında qazandığı medaldır. Azərbaycan Atletika Federasiyası artıq 7 ildir "Good Standing Federations” siyahısında öz yerini tutub”.
Sonra federasiyaya prezident seçkiləri keçirilib. Çingiz Hüseynzadə yenidən AAF-in prezidenti seçilib. Firat Hüseynov vitse-prezident, Məhərrəm Sultanzadə baş katıb, Kamal Əhmədov isə icraçı direktor seçiliblər.
Oxşar xəbərlər
Ağırlıqqaldırma Federasiyasında yeni prezident
Çingiz Hüseynzadə istefa verdi
Çingiz Hüseynzadə federasiya prezidenti seçildi - Təyinat
Qurbanov federasiya prezidenti oldu - Təyinat
Çingiz Hüseynzadə Ramil Quliyevlə bağlı mətbuat konfransı keçirəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası