Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Putin təşkilatdakı vəzifəsindən kənarlaşdırıldı -Qərar
Beynəlxalq Cüdo Federasiyası (İJF) Rusiya Prezidenti Vladimir Putini və milyarder Arkadi Rotenberqi təşkilatdakı bütün vəzifələrindən uzaqlaşdırıb.
Sportfm.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Qeyd edilir ki, Rusiyanın dövlət başçısı və dostu dünya cüdo rəhbərliyi ilə sıx bağlı idi. Bundan əlavə, Rotenberq Rusiya Hokkey Federasiyasının idarə heyətinin rəhbəridir.
Xatırladaq ki, Beynəlxalq Cüdo Federasiyası fevralın 27-də Putinin təşkilatın fəxri prezidenti və səfiri statusunun dayandırıldığını elan edib.
Rusiya Ukraynada müharibəyə başladıqdan sonra bu ölkənin demək olar, bütün idmanı xarici turnirlərdən təcrid olunub.
Oxşar xəbərlər
Rusiya və Belarus idmançıları beynəlxalq yarışlardan imtina etdi
Rusiyalı klub prezidentinə sanksiya tətbiq edildi - Qadağa
Putinin ordeni geri alındı
Putin Lukaşenko ilə hokkey oynayacaq
Putin Bakıda dünya çempionatını izləyəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası