reklam
Sportfm.az xəbər saytı

"Azərbaycan futbolunun beyni Qurban Qurbanovdu" -Donald Gerye


“Qarabağ”ın sabiq futbolçusu Donald Gerye müsahibə verib.

Sportfm.az həmin müsahibəni təqdim edir: 

 

- “Qarabağ” dünən növbəti dəfə çempion oldu. Bu, səni sevindirir?

- Əlbəttə ki, məni də çox sevindirir. “Qarabağ” çempion olmayıb, kim çempion olacaq? Onlar Azərbaycanın ən güclü komandasıdı.

 

- Səncə “Qarabağ” indi daha güclüdü, yoxsa əvvəl?

- Onların çox yaxşı heyəti var. Çox yaxşı, güclü, savadlı baş məşqçiləri var. Komandanın toxunulmaz oyun sistemi var. Qurban Qurbano “Qarabağ”ın beynidi. Komandasını necə oynatmağı çox gözəl bilir. 

 

 - Qurban Qurbanovu təbrik etmisən çempionluq münasibətilə?

- Əlbəttə ki, Qurban Qurbanovu təbrik etdim. Sən Lionel Messi və Kriştiano Ronaldo ola bilərsən, amma “Qarabağ”a gedirsənsə, Qurbanov komandanın oyun tərzində oynamağı öyrədəcək, məcbur edəcək. Sonda da Qurbanovun haqlı olduğunu anlayacaqsan. 

 

- Səncə, komanda yenidən Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazana bilər?

- Bəli. Niyə də “Qarabağ” yenidən Çempionlar Liqasının qrup mərhələsinə düşməsin?

 

- Bu mövsüm “Qarabağ” rəqiblərinə böyükhesablarla qalib gəlirdi. Səncə, nəyə görə Azərbaycanda bu komandaya tab gətirə bilən olmur?

- İnanın, hamısı Qurban Qurbanovla bağlı olan məsələdi. Onu yaxşı tanıyıram, Qurban döyüşkən insandı. Heç vaxt futbolçusunda əksini görmək istəmir. Düşünürəm ki, onun taktikası və məşq etdiyi rəqibə baxışı ilə komandanı hazırlayır. Azərbaycan futbolunun beyni Qurban Qurbanovdu. O, orada olana qədər heç kim “Qarabağ”ı taxtdan sala bilməz.

 

- Qışda Azərbaycana qayıtmağınla bağlı xəbərlər dolaşırdı. Bu yay qayıdacaqsan Azərbaycana?

- Əlbəttə ki, qayıtmaq istəyərdim. Əvvəlki gücüm var, yenə də nəyisə sübut edə bilərəm. Müqaviləm mayın 20-də başa çatacaq. Bir neçə həftə sonra baxacam, görək necə olur. Polşada 6 aylıq müqavilə imzaladım. Çünki “Apollon”dan ayrılmışdım. Onlar pulumu ödəmirdi. Millinin düşərgəsinə də gedəcəm. Çünki, qarşıda Haiti millisini oyunlar gözləyir.      

 

- Səncə, hansı klub sənə təklif göndərər Azərbaycandan?

- Bilmirəm axı. Hər şey klubun göndərəcəyi təklifdən asılıdı. Görək də necə olacaq. Dediyim kimi müqaviləm bitsin, baxarıq.

 

Oxşar xəbərlər

“Qarabağ”ın prezidenti Qurban Qurbanovu təbrik etdi
"Çempionlar Liqasının qrupuna düşməyi çox istəyirik" - Bədavi Hüseynov
"Neftçi" Qurban Qurbanovu təbrik etdi - VİDEO
Qurban Qurbanov mükafatına qovuşdu - FOTO
"Qarabağ"dan Qurban Qurbanov açıqlaması

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər