

Son 3 cüdoçumuz mübarizəyə başlayır -Avropa çempionatı
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında bu gün Azərbaycanın son 3 cüdoçusü mübarizə aparacaq.
Sportfm.az xəbər verir ki, yuxarı çəki dərəcələrində Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq) və Uşangi Kokauri (+100 kq) çıxış edəcəklər.
90 kq
1/16 final. Məmmədəli Mehdiyev - David Klammert (Çexiya)
100 kq
1/16 final. Elmar Qasımov - Sedrik Olivar (Fransa)
+100 kq
1/8 final. Uşangi Kokauri - İves Ndao (Belçika)
Qeyd edək ki, hələlik Azərbaycan cüdoçularından Hidayət Heydərov (73 kq) qızıl, Rüstəm Orucov (73 kq) bürünc medal qazanıb. Balabəy Ağayev (60 kq) və Yaşar Nəcəfov (66 kq) isə 5-ci yeri tutub. Hazırda yığma ümumi komanda hesabında 5-ci, kişilərin yarışında 2-ci yerdə gedir.
Oxşar xəbərlər
Daha 3 cüdoçumuz mübarizəyə başlayır - Böyük Dəbilqə
Məmmədəli Mehdiyevdən bürünc medal - Avropa çempionatı
Cüdoçularımızın ilk rəqibləri bəlli oldu - Avropa çempionatı
Azərbaycan millisinin heyəti açıqlandı - Avropa çempionatı
Yığmamız Almaniyadan qızıl medalla dönür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin