Daha 3 cüdoçumuz mübarizəyə başlayır -Böyük Dəbilqə
Azərbaycanın daha üç cüdoçusu bu gün Macarıstanın paytaxtı Budapeştdəki Böyük Dəbilqədə mübarizəyə başlayacaq.
Sportfm.az xəbər verir ki, yarışın sonuncu günündə 90 kq çəki dərəcəsində çıxış edən Məmmədəli Mehdiyev 1/16 final mərhələsində Camal Petgreyv (Böyük Britaniya) - Qi Han (Çin) cütünün qalibi ilə üz-üzə gələcək.
100 kq-dakı Elmar Qasımov eyni raundda Zlatko Kumriçlə (Xorvatiya), 100 kq-dan yuxarı çəkidəki Uşangi Kokauri 1/8 finalda Xose Nova Alkantara (Dominikan Respublikası) - Marius Fizel (Slovakiya) duelinin güclüsü ilə görüşəcək.
Qeyd edək ki, daha əvvəl Azərbaycan təmsilçilərindən Hidayət Heydərov (73 kq) qızıl, Səid Mollayi (81 kq) gümüş, Rüstəm Orucov (73 kq) isə bürünc medal əldə edib.
Oxşar xəbərlər
“Böyük Dəbilqə”dən 3 medal
Daha 5 cüdoçumuz mübarizəyə başlayır - Böyük Dəbilqədə
Daha 5 cüdoçumuz mübarizəyə başlayır - Böyük Dəbilqə
Daha 5 cüdoçumuz mübarizəyə başlayır - Böyük Dəbilqə
Rüstəm Orucov və Hidayət Heydərov mübarizəyə başlayır - Böyük Dəbilqə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası