Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycan millisinin heyəti açıqlandı -Avropa çempionatı
Cüdo üzrə Azərbaycan millisinin Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Avropa çempionatı üçün heyəti açıqlanıb.
Sportfm.az xəbər verir ki, yarışda ölkəni 11 idmançı təmsil edəcək. Onlardan 9-u kişi, 2-si isə qadın cüdoçudur.
Kişilərin mübarizəsində Balabəy Ağayev, Əhməd Yusifov (hər ikisi 60 kq), Yaşar Nəcəfov, İbrahim Əliyev (hər ikisi 66 kq), Hidayət Heydərov, Rüstəm Orucov (73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq), Uşangi Kokauri (+100 kq) qüvvəsini sınayacaq.
Qadınlardan isə Şəfəq Həmidova və Ramilə Əliyeva (hər ikisi 48 kq) medal uğrunda yarışacaq.
Qeyd edək ki, aprelin 29-da başlayacaq Avropa çempionatı mayın 1-dək davam edəcək.
Oxşar xəbərlər
Azərbaycan millisinin heyəti açıqlandı - Böyük Dəbilqə
Cüdoçularımızın ilk rəqibləri bəlli oldu - Avropa çempionatı
Böyük Dəbilqəyə qatılacaq Azərbaycan yığmasının heyəti - SİYAHI
Millimizin heyəti açıqlandı - Böyük Dəbilqə
Cüdo yığmamızın heyəti açıqlandı - Avropa çempionatı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası