reklam
“Dinamo” “Borussiya”ya qalib gəldi -
Sportfm.az xəbər saytı

“Dinamo” “Borussiya”ya qalib gəldi -Yoxlama görüşü


Almaniyanın “Borussiya” (Dortmund) və Ukraynanın “Dinamo” (Kiyev) komandaları arasında xeyriyyə oyunu keçirilib.

Sportfm.az xəbər verir ki, Dortmunddakı “Siqnal İduna Park” stadionunda keçirilən qarşılaşma məhsuldar alınıb.

Beş qolun qeydə alındığı matç Kiyev təmsilçisinin qələbəsiylə yekunlaşıb.

Oyunun start fitindən öncə Ukraynadakı müharibə səbəbindən dünyasını dəyişən insanların xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Bilet satışından əldə edilən bütün gəlir müharibədən əziyyət çəkən insanlara sərf olunacaq.

Xatırladaq ki, ölkədə müharibə şəraiti davam etdiyindən bu gün Ukrayna Premyer Liqasında mövsüm vaxtından əvvəl başa çatdırılıb. Lider Donetsk “Şaxtyor”u çempion elan olunub. İkinci pillədəki “Dinamo” isə gümüş medala layiq görülüb.

Yoxlama oyunu
26 aprel

Borussiya (Dortmund) – Dinamo (Kiyev) 2:3
Qol
: Bayno-Qittens, 4. Rote, 65 – Buyalski, 9. Vanat, 11; 35.

Oxşar xəbərlər

Mahirin komandası Kiyev "Dinamo"su ilə bərabərə qaldı - Xeyriyyə oyunu
"Fənər"dən adına yaraşmayan hərəkət
"Dinamo" xeyriyyə matçından imtina etdi - Rumıniya klubu ilə oynamayacaq
"Sülh naminə matç"ın qalibi "Dinamo" oldu - Xeyriyyə
Kiyev "Dinamo"su növbəti kubokunu qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər