Mahirin komandası Kiyev "Dinamo"su ilə bərabərə qaldı -Xeyriyyə oyunu
Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi “Dinamo” (Zaqreb, Xorvatiya) bu gün Ukrayna “Dinamo”su (Kiyev) ilə xeyriyyə oyununa çıxıb.
Sportfm.az xəbər verir ki, “Maksimir” stadionunda keçirilən qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Mahir zədəli olduğu üçün bu görüşdə iştirak etməyib.
"Dinamo" (Zaqreb) - "Dinamo" (Kiyev) - 2:2
Qollar: Vanat, 8 (0:1), 16 (0:2), Vukotiç, 29 (1:2), Menalo, 38 (2:2)
Bilet satışından əldə edilən bütün gəlir Ukraynada müharibədən əziyyət çəkən insanlara sərf olunacaq.
Qeyd edək ki, Rusiya fevralın 24-də Ukraynaya hərbi müdaxilə edib. Hazırda ölkələr arasında müharibə davam edir.
Xatırladaq ki, Mahir Emreli fevral ayında “Dinamo” (Zaqreb) ilə 4,5 illik müqavilə imzalayıb. O, Xorvatiya çempionatında çıxdığı 8 matçda 2 qol vurub.
Oxşar xəbərlər
Mahir oynadı, "Dinamo" qələbə qazandı - Xorvatiya çempionatı
Mahirsiz uğur qazanan "Dinamo"
Emreli ehtiyatda qaldı, "Dinamo" böyükhesablı qələbə qazandı - Xorvatiya çempionatı
“Dinamo” “Borussiya”ya qalib gəldi - Yoxlama görüşü
Mahirdən növbəti qol - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası