reklam
Namik Ələskərov
Sportfm.az xəbər saytı

Namik Ələskərov "Bursaspor"a qələbə qazandırdı


Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" Türkiyə I Liqasında növbəti oyununa çıxıb.

Sportfm.az xəbər verir ki, "timsahlar" XXXIV turda "Denizlispor"u qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanıb yeganə qolunu 30-cu dəqiqədə Namik Ələskərov vurub. Görüşə start heyətdə başlayan 27 yaşlı yarımmüdafiəçi 55-ci dəqiqədə penaltidən yararlana bilməyib. Ələskərov 64-cü dəqiqədə İsmail Yükseklə əvəzlənib.

Qeyd edək ki, turnir cədvəlində 18-ci pillədə qərarlaşan "Bursaspor" qələbə sayəsində xallarının sayını 35-ə çatdırıb.

Oxşar xəbərlər

Namik Ələskərov "Bursaspor"da növbəti qolunu vurdu - VİDEO
Namik Ələskərov qələbəyə töhfə verdi - Qol ötürməsi
Namik Ələskərovdan "Bursaspor"da üçüncü qol - Türkiyə I Liqa
Namik qol vurdu, "Bursaspor" qələbə qazandı - Türkiyə 1-ci liqa
Namik Ələskərovdan Türkiyədə ilk qol - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər