reklam
Sportfm.az xəbər saytı

"Özümü yad kimi hiss etməyimə imkan vermirlər" -Rusiyalı qapıçı


“Açığı, bu dərəcədə mehriban qarşılanacağımı gözləmirdim".

Sportfm.az xəbər verir ki, bunu "Araz Naxçıvan" komandasının yeni qapıçısı Dmitri Bondarev Azərbaycan Futzal Federasiyasının Mətbuat Xidmətinə açıqlamasında deyib.

29 yaşlı qolkiper hava limanından xoş, isti münasibəti hiss etdiyini bildirib: "Komanda yoldaşlarım da özümü yad kimi hiss etməyimə imkan vermirlər. Əla kollektivə qoşulmuşam. Məşqlərdə də çalışıram ki, oyunçularımızı tanıyım, uyğunlaşmanı tez başa vurum. Çünki bizi qarşıda gərgin oyunlar gözləyir".

Rusiyalı oyunçu 2 gün əvvəl debüt etdiyi oyun haqqında geniş danışmaq istəməyib: “Debütüm “Baku-Fire”lə oyunda oldu. Həmin matçda baş məşqçimiz taktiki dəyişikliklər etdi. Oyunun çox hissəsini 5-in 4-ə (qapıçını da meydan oyunçusu əvəz edir) keçirdik. Ehtiyatda daha çox qaldım. Ona görə də rəqibin gücünü tam hiss edə bilmədim. Təbii ki, rəqibimiz çempionatdan fərqli olaraq pley-off mərhələsində fərqli oyun nümayiş etdirəcək. Bu tək “Baku Fire”ə aid deyil, digər komandalar üçün də keçərlidir. Rusiya çempionatında bu atmosferi çox görmüşəm. Həm də “Baku Fire” oyuna iki əsas futzalçısı olmadan çıxmışdı".

Bondarev “Araz-Naxçıvan”ı Rusiyanın hansı klubu ilə müqayisə edərdiniz” sualına bu cür cavab verib: “Rusiya Super Liqasında dominantlıq edən klub yoxdur. Orada çempionlar tez-tez dəyişir. Bu mövsüm qalib olan komanda növbəti ildə titulunu qoruya bilmir və ya bacarırsa da, buna çətinliklə nail olur. Amma “Araz-Naxçıvan” illərdir ki, Azərbaycan çempionatının qalibidir. Ola bilsin, millinin üzvlərinin və baş məşqçisinin burada yer alması komandanın daha güclü olmasına təsir edir".

Oxşar xəbərlər

Qalibləri mükafatlandırıldı - FOTO
Pley-offun üçüncü oyununun vaxtı açıqlandı - Yüksək Liqa
“Neftçi” hesabı bərabərləşdirdi - Yüksək Liqa
Qustavo: "O deyib ki, özünüzə, gücünüzə inanın"
Alesio Da Silva fərqli "Araz Naxçıvan" görəcəyimizi vəd etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər