Şevçenko ukraynalı uşaqlara yardım proqramı təşkil etdi
"Milan" klubunun sabiq futbolçusu Andrey Şevçenko İtaliyadakı ukraynalı qaçqın uşaqlara yardım proqramı təşkil edib.
Sportfm.az xəbər verir ki, 46 yaşlı keçmiş hücumçu bu təşəbbüsdə ona Milan meri Cuzeppe Salanın kömək etdiyini bildirib.
Şevçenko "Atalanta"da çıxış edən Ruslan Malinovskinin də həyat yoldaşı ilə birlikdə qaçqınlara çox yardımçı olduğunu söyləyib: "Biz hazırda Milan meri ilə birlikdə bu şəhərdə uşaqların qəbulu və onların yerləşdirilməsi üçün proqram hazırlayırıq. Bu, bütün kateqoriyalara - valideynləri olan, olmayan və bir valideyni olan uşaqlara şamil ediləcək".
Ukrayna millisinin sabiq üzvü daim səfir və konsulla əlaqə saxladığını da sözlərinə əlavə edib: "Bu təşəbbüs Roma, Verona və Berqamoda da edilir. Bu gün bütün dünya bu problem ətrafında birləşib. Hamı çalışır və yardımçı olmaq üçün hər şeyi edir".
Oxşar xəbərlər
Maykl Cordan xeyir əməllərindən qalmır
Bekhem ukraynalı uşaqlara 1 milyon bağışladı - YARDIM
Şevçenko italiyalı azarkeşlərə müraciət etdi - Çağırış
Altay Əliyev orduya maddi yardım etdi - FOTO
Futbolçu xəstə uşaqlara yardım etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lixtenşteyn – Azərbaycan matçının hakimləri bilindi - Millətlər Liqası
-
“Sumqayıt”ın kapitanı Pakistan millisində
-
Riçard Almeyda “Qarabağ”da işə başladı
-
Gülər Hüseynova finala yüksəldi - Yeniyetmələrin Yay Olimpiya Oyunları
-
XI turun oyun cədvəli - II Liqa
-
Rəhim Həsənov müahisəli epizodları şərh etdi - VİDEO















Misli Premyer Liqası