reklam
Şevçenko italiyalı azarkeşlərə müraciət etdi -
Sportfm.az xəbər saytı

Şevçenko italiyalı azarkeşlərə müraciət etdi -Çağırış


Ukraynalı mütəxəssis Andrey Şevçenko İtaliya kubokunun yarımfinal mərhələsində “Milan” və “İnter” arasındakı ilk matç (0:0) zamanı “San-Siro” stadionundan yerli vətəndaşlara videomüraciət ünvanlayıb. 

Sportfm.az xəbər verir ki, 45 yaşlı məşqçi çıxışında italiyalılardan Ukraynaya dəstək olmalarını istəyib: 

“Əziz italiyalı dostlar, “San-Siro”da sizdən xahiş edirəm ki, Ukraynada sülh olması üçün dəstəyinizi göstərəsiniz. Ukrayna xalı sülh istəyir. Çünki sülhün sərhədləri yoxdur. Gəlin bu müharibəni birlikdə dayandıraq. Hər kəsə təşəkkürlər”. 

Qeyd edək ki, Şevçenko 1999-2006, 2008-2009-cu illərdə “Milan”da oynayıb. O karyerası ərzində “Dinamo” (Kiyev), “Çelsi” kimi komandalarda da çıxış edib. 1995-2012-ci illərdə Ukrayna millisinin formasını geyinən keçmiş hücumçu 2016-2021-ci illərdə bu yığmanı çalışdırıb.(qol.az)

Oxşar xəbərlər

Şevçenko bu millini çalışdıracaq
"Ukraynanın yanında olmaqdan qürur duyuram" - Andrey Şevçenko
Ukrayna prezidenti Şevçenkonu mükafatlandırdı - FOTO
Şevçenko İtaliya klubunu alır - Danışıqlara başlandı
Millinin sabiq üzvü karyerasını bitirdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər