Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Levandovski bu kluba keçməyə razılıq verdi
"Bavariya"nın hücumçusu Robert Levandovski karyerasını İspaniyada davam etdirməyə yaxındır.
Sportfm.az xəbər verir ki, 33 yaşlı oyunçu "Barselona"ya keçməyə razılıq verib.
Bildirilib ki, Levandovskinin "Bavariya" rəhbərliyi ilə münasibətləri Münhen klubunun ona cəmi bir il uzatmağı təklif etməsi səbəbindən pisləşib. Polşalı futbolçunun klubu ilə müqaviləsi 2023-cü ilin yayında başa çatır.
Xatırladaq ki, Levandovski 2014-cü ildə Dortmund "Borussiya"sından "Bavariya"ya transfer olunub. O, bu mövsüm Almaniya Bundesliqasında 27 matçda iştirak edib, 31 qol vurub və 1 qolun ötürməsini verib.
Oxşar xəbərlər
Levandovski klubunu boykot etdi - Getmək istəyir
Levandovskiyə yeni təklif - Danışıqlara başlandı
Levandovski Avropanın nəhənglərinin hədəfində
İlin ən yaxşı bombardiri müəyyənləşdi
"Real" Levandovski üçün danışıqlara başladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası