reklam
İlin ən yaxşı bombardiri müəyyənləşdi
Sportfm.az xəbər saytı

İlin ən yaxşı bombardiri müəyyənləşdi


Almaniya "Bavariya"sının və Polşa millisinin futbolçusu Robert Levandovski 2019-cu ilin ən yaxşı bombardiri olub.

Sportfm.az xəbər verir ki, 31 yaşlı hücumçu ilin əvvəlindən klub və yığma səviyyəsində üst-üstə 59 oyuna 59 qol vurub. 

İkinci yerdə "Barselona"nın və Argentina millisinin forvardı Lionel Messi qərarlaşıb. O, 58 matçda 50 dəfə fərqlənib. Üçüncü yeri PSJ-nin fransalı qolçusu Kilian Mbappe qapayıb. Mbappe 49 qarşılaşmada rəqib qapılarına 44 dəfə yol tapıb. 

Qeyd edək ki, Robert Levandovski "Bavariya"ya 2014-cü ildə Dortmund "Borussiya"sından keçib. O, Münhen təmsilçisi ilə 5 dəfə Almaniya çempionluğu qazanıb. 

 

Oxşar xəbərlər

İlin ən yaxşı futbolçusu adına namizədlər - FİFA açıqladı
Dünyanın ən yaxşı futbolçusu - Robert Levandovski
Levandovski yenə ən yaxşı oldu
Levandovski yenə ən yaxşıdır - 2020-ci ilin
Ardıcıl 7-ci dəfə ölkəsində ilin futbolçusu seçildi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər