Daha 5 cüdoçusu medalsız qaldı -Böyük Dəbilqə
Azərbaycanın daha 5 cüdoçusu Türkiyənin Antalya şəhərində keçirilən Böyük Dəbilqədə mübarizəni dayandırıb.
Sportfm.az xəbər verir ki, kişilərin yarışında 73 kq-da çıxış edən Rüstəm Orucov 1/16 finalda Denislav İvanova (Bolqarıstan) qalib gəlsə də, növbəti görüşdə İdo Levinə (İsrail) uduzub.
Bu çəki dərəcəsindəki digər cüdoçu Telman Vəliyev təsnifatda Coşua Qrini (İrlandiya) yenib. Lakin o, 1/16 finalda Turpal Cukayevlə (Finlandiya) bacarmayıb.
81 kq-da yarışan Elcan Hacıyev startda Jim Heyjmandan (Hollandiya) güclü olsa da, ardınca Nikolya Şilara (Fransa) məğlub olub.
Mübarizəyə təsnifatdan başlayan Murad Fətiyev də ilk görüşünü qələbə ilə başa vurub. Kedrik Kalonqa (Konqo Demokratik Respublikası) ilə dueldən qalib ayrılan cüdoçu 1/16 finalda Giorgi Şerazadişviliyə (Gürcüstan) uduzub.
Qadınların mübarizəsində isə 70 kq-da yer alan Günel Həsənli 1/16 finala təsadüf edən ilk qarşılaşmada Lidya Brançevaya (Bolqarıstan) məğlub olub.
Qeyd edək ki, ilk yarış günündə tatamiyə çıxmış 7 cüdoçu da medal qazana bilməyib.
Oxşar xəbərlər
Azərbaycan cüdoçuları medalsız qaldı - Böyük Dəbilqə
Rüstəm Orucov mübarizəyə başlayır - Böyük Dəbilqə
Cüdoçusu yarımfinalda - Böyük Dəbilqə
Azərbaycan cüdoçularının ilk rəqibləri bilindi - Böyük Dəbilqə
Cüdoçularımız ikinci gündə medalsız qaldı - Açıq Avropa turniri
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı















Misli Premyer Liqası