Cüdoçularımız ikinci gündə medalsız qaldı -Açıq Avropa turniri
Azərbaycanın daha 7 cüdoçusu Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Açıq Avropa turnirində mübarizəyə qoşulub.
Sportfm.az xəbər verir ki, yarışın ikinci günündə ölkə təmsilçiləri 4 çəki dərəcəsində qüvvəsini sınayıb.
81 kq-da Kərim Allahverdiyev 1/16 finalda Şamil Dzavbatırova (Almaniya) uduzub. Məhəmməd İmamverdiyev ilk görüşdə Arber Kulaşiyə (Kosovo) qalib gəlsə də, 1/8 finalda Alfonso Urquislə (İspaniya) dueldən məğlub ayrılıb. Bu çəkidəki digər cüdoçu Ömər Rəcəbli isə 1/32 finalda Joau Fernadu (Portuqaliya) ilə bacarmayıb.
90 kq-da yer alan Əjdər Bağırov startda Citse Van Den Herrevegenə (Belçika) məğlub olaraq, mübarizəni dayandırıb.
100 kq-da çıxış edən Sabir İsayev 1/16 finalda Aleksey Yerşova (Ukrayna), Ruslan Nəsirli rəqibi Ris Tompsona (Böyük Britaniya) uduzub.
Qadınların yarışında isə Günel Həsənli 1/8 finalda Minel Akdenizə (Türkiyə) məğlub olub. Beləliklə, Azəbaycan cüdoçuları günü medalsız başa vurublar.
Qeyd edək ki, ilk yarış günündə 60 kq-da mübarizə aparmış Azərbaycan cüdoçularından Turan Bayramov qızıl, Samir Piriyev isə gümüş medal qazanıb.
Oxşar xəbərlər
Azərbaycan cüdoçuları medalsız qaldı - Böyük Dəbilqə
Daha 5 cüdoçusu medalsız qaldı - Böyük Dəbilqə
Cüdoçusu yarımfinalda - Böyük Dəbilqə
7 cüdoçumuz mübarizəyə başlayır - Açıq Avropa turniri
Cüdoçularımız ikinci günü medalsız başa vurdu - Böyük Dəbilqə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı















Misli Premyer Liqası