reklam
Azərbaycan cüdoçuları medalsız qaldı -
Sportfm.az xəbər saytı

Azərbaycan cüdoçuları medalsız qaldı -Böyük Dəbilqə


Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Böyük Dəbilqənin ikinci günündə mübarizəyə qoşulan Azərbaycan cüdoçuları medalsız qalıblar.

Sportfm.az xəbər verir ki, 73 kq-da Rəşid Məmmədəliyev və Nəriman Mirzəyev, 81 kq-da isə Rüstəm Orucovla Elcan Hacıyev yarışla vidalaşıb.

Məmmədəliyev təsnifatda gürcüstanlı Mixeili Baxbaxaşvilini, 1/16 finalda sloveniyalı Natse Herkoviçi üstələsə də, növbəti raundda ispaniyalı Salvador Kases Rokaya uduzub.

Mirzəyev ardıcıl olaraq italiyalı Eduardo Mella və Giorgi Teraşvili ilə duellərdən qalib ayrılıb, 1/8 finalda isə ermənistanlı Ferdinand Karapetyanla bacarmayıb.

Orucov startda gürcüstan təmsilçisi Zaur Dvalaşviliyə məğlub olaraq, Böyük Dəbilqədə mübarizəni dayandırıb.

Hacıyev isə ilk görüşündə portuqaliyalı Anri Equtidzeni yensə də, ardınca fransalı Arne Areqbaya uduzub.

Qeyd edək ki, yarışın ilk günündə Turan Bayramov (60 kq) qızıl, Gültac Məmmədəliyeva (52 kq) isə bürünc medal qazanıb.

Oxşar xəbərlər

Cüdoçularmızın rəqibləri məlum oldu - Böyük Dəbilqə
Orucov medalsız qaldı - Böyük Dəbilqə
Daha 5 cüdoçusu medalsız qaldı - Böyük Dəbilqə
Cüdoçusu yarımfinalda - Böyük Dəbilqə
Cüdoçularımız ikinci gündə medalsız qaldı - Açıq Avropa turniri

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər