reklam
Məmmədyarov 3-ü dəfə Nakamura ilə üz-üzə -
Sportfm.az xəbər saytı

Məmmədyarov 3-ü dəfə Nakamura ilə üz-üzə -FIDE Qran-prisi


Bu gün azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov Almaniyanın paytaxtı Berlində təşkil olunan FİDE qran-prisinın 3-cü mərhələsinin yarımfinalında növbəti görüşünü keçirəcək.

Sportfm.az xəbər verir ki, Məmmədyarov ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gələcək. Əvvəlki iki qarşılaşmada heç-heçə qeydə alındığından, tay-breyk oynanılacaq.

Digər tay-breykdə isə Uesli So (ABŞ) və Məhəmməd Amin Tabatabai (İran) finala çıxmaq uğrunda mübarizə aparacaq.

Qran-pri iştirakçıları reytinq xalları da əldə edəcəklər. Qalib şahmatçı 13 xal, finalçı 10 xal, yarımfinalda uduzanlar 7 xal, qruplarda 2-ci yerin sahibləri 4 xal, 3-cü pilləni tutanlar 2 xal alacaqlar. Qrup sonuncularına isə xal verilməyəcək.

FİDE Qran-prisinin 3-cü mərhələsinə aprelin 4-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 000 avrodur. Məmmədyarov Serbiyanın paytaxtı Belqraddakı 2-ci mərhələdə D qrupunda bütün görüşlərini heç-heçə ilə başa vurub və yarımfinala yüksələ bilməyib.

Hər şahmatçı qran-prinin yalnız iki mərhələsinə qatıla bilər. Ümumi hesabda ən yaxşı iki qrossmeyster İddiaçılar turnirində iştirak hüququ əldə edəcək.

Oxşar xəbərlər

"Şah" mat edə bilmədi
"Şah" liderlə üz-üzə
Şəhriyar Məmmədyarov ABŞ şahmatçısı ilə qarşılaşacaq - FIDE Qran-prisi
Şəhriyar Məmmədyarov mübarizəyə başlayır - FIDE Qran-prisi
Məmmədyarovun rəqibləri bəlli oldu - FIDE Qran-prisi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər