reklam
Məmmədyarovun rəqibləri bəlli oldu -
Sportfm.az xəbər saytı

Məmmədyarovun rəqibləri bəlli oldu -FIDE Qran-prisi


Almaniyanın paytaxtı Berlində martın 21-də start götürəcək şahmat üzrə FIDE Qran-prisinin III mərhələsinin püşkü atılıb.

Avesta xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov reytinq favoritlərindən biri kimi B qrupuna düşüb.

Hazırda 2776 xala malik 37 yaşlı qrossmeyster qrupun 1-ci pilləsində yer alıb. Onun rəqibləri ABŞ-dan olan Lenyer Dominges (2756), rusiyalı Daniil Dubov (2711) və almaniyalı Vinsent Kaymer (2655) olacaq.

Əsasnaməyə görə, hər qrupda dairəvi sistemlə ikidövrəlik mübarizə gedəcək. Nəticədə yalnız qrup qalibləri yarımfinala yüksələcəklər. Yarımfinal və final da iki oyundan, ehtiyac yaranarsa, tay-breykdən ibarət olacaq.

Qran-pri iştirakçıları reytinq xalları da əldə edəcəklər. Qalib şahmatçı 13 xal, finalçı 10 xal, yarımfinalda uduzanlar 7 xal, qruplarda 2-ci yerin sahibləri 4 xal, 3-cü pilləni tutanlar 2 xal alacaqlar. Qrup sonuncularına isə xal verilməyəcək.

Qeyd edək ki, FIDE Qran-prisinin III mərhələsinə aprelin 4-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 000 avrodur. Şəhriyar Məmmədyarov Serbiyanın paytaxtı Belqraddakı II mərhələdə D qrupunda bütün görüşlərini heç-heçə ilə başa vurub və yarımfinala yüksələ bilməyib.

Hər şahmatçı Qran-prinin yalnız iki mərhələsinə qatıla bilər. Ümumi hesabda ən yaxşı iki qrossmeyster İddiaçılar Turnirində iştirak hüququ əldə edəcək.

Oxşar xəbərlər

"Şah" mat edə bilmədi
"Şah" liderlə üz-üzə
Şəhriyar Məmmədyarov ABŞ şahmatçısı ilə qarşılaşacaq - FIDE Qran-prisi
Şəhriyar Məmmədyarov mübarizəyə başlayır - FIDE Qran-prisi
Şəhriyar Məmmədyarov yaxşı başlamadı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər