Ukrayna çempionunun qızı oğurlandı -Müharibə
Rusiya Silahlı Qüvvələrinin nümayəndələri su polosu üzrə Ukrayna çempionu Yevgeni Obedinskinin kiçik qızını oğurlayıblar.
Sportfm.az xəbər verir ki, Ukrayna hüquq-mühafizə orqanları Mariupolda 12 yaşlı qızın qaçırılması ilə bağlı araşdırmalara başlayıb.
İstintaqın məlumata görə, uşaq müharibə başlayanda atası ilə birgə olub. O, martın 17-də evlərinə mərmi düşməsi nəticəsində atasını itirib.
Azyaşlı Mariupolu tərk etmək istəyərkən xəsarət alıb. Daha sonra Rusiya Silahlı Qüvvələrinin nümayəndələri onu Donbasa aparıblar.
Uşağın babası Donetskdə Kalinin adına xəstəxanada olan nəvəsi ilə "Skype" vasitəsilə əlaqə saxladığını bildirib. O, nəvəsinin başqa yerə köçürülməsindən və uşaq evinə verilməsindən narahatdır.
Qeyd edək ki, azyaşlı erkən yaşlarında anasını itirib.

Oxşar xəbərlər
Nuriyevin komandası Ukrayna ordusuna avtomobil bağışladı - 3 ədəd
Ukraynalı futbolçu tank alır - Ölkəsi üçün
AFFA FİFA və UEFA-ya müraciət etdi - Ölən futbolçu ilə bağlı
Hücumçunun evinə silahlı basqın etdilər - Xanımı və övladları xəsarət almayıb
Mariya Stadnik azyaşlı qızı ilə güləşdi – Video
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası