Elmar Qasımov Antalyaya gedir
Azərbaycanın kişi və qadınlardan ibarət cüdo millilərinin aprelin 1-dən 3-dək Türkiyənin Antalya şəhərində keçiriləcək “Böyük Dəbilqə” turniri üçün heyəti açıqlanıb.
Sportfm.az xəbər verir ki, məşqçilər korpusu yarışa ümumilikdə 17 idmançı (13 kişi, 4 qadın) sifariş edib. Heyətdə Yay Olimpiya Oyunlarının gümüş mükafatçıları Rüstəm Orucov, Elmar Qasımov, Avropa çempionu Orxan Səfərov kimi titullu idmançılar da yer alıb.
Kişilər: Rövşən Əliyev, Turan Bayramov (hər ikisi 60 kq), Orxan Səfərov, Yaşar Nəcəfov (hər ikisi 66 kq), Rüstəm Orucov, Telman Vəliyev (hər ikisi 73 kq), Murad Fətiyev, Elcan Hacıyev (hər ikisi 81 kq), Rüfət İsmayılov (90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq), Uşanqi Kokauri, İmran Yusifov (hər ikisi +100 kq).
Qadınlar: Leyla Əliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq), Günel Həsənli (70 kq).
Qeyd edək ki, "Böyük Dəbilqə"də 66 ölkədən 552 cüdoçunun iştirakı gözlənilir.
Oxşar xəbərlər
Azərbaycan millisini heyəti bilindi - “Böyük Dəbilqə” üçün
Azərbaycanı 13 cüdoçu təmsil edəcək - Böyük Dəbilqə
Azərbaycan Böyük Dəbilqədə 17 cüdoçu ilə təmsil olunacaq - SİYAHI
“Böyük dəbilqə” turnirində Azərbaycanı 16 cüdoçu təmsil edəcək - SİYAHI
“Böyük dəbilqə” beynəlxalq turniri start götürəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası