reklam
“Böyük dəbilqə” beynəlxalq turniri start götürəcək
Sportfm.az xəbər saytı

“Böyük dəbilqə” beynəlxalq turniri start götürəcək


Fevralın 9-da Parisdə cüdo üzrə “Böyük dəbilqə” beynəlxalq turniri start götürəcək.

Sportfm.az xəbər verir ki, yarışda ölkəmizi 11 kişi və 6 qadın cüdoçu təmsil edəcək. Kişilər arasında Rəşad Yelkiyev (60 kq), Orxan Səfərov, Nicat Şıxəlizadə (hər ikisi 66 kq), Hidayət Heydərov, Rüfət Məmmədov (hər ikisi 73 kq), Murad Fətiyev (81 kq), Tural Səfquliyev (90 kq), Elmar Qasımov, Zəlim Kotsoyev (hər ikisi 100 kq), Şahin Qəhrəmanov və Uşanqi Kokauri (hər ikisi 100 kq-dan yuxar) mübarizə aparacaqlar.

Qadınlar arasında isə Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq), Buyankşiq Purevsuren, Gültac Məmmədəliyeva (hər ikisi 52 kq), İçinkorloo Munxtsedev (57 kq) və İrina Kindzerska (73 kq-dan yuxarı) medallar uğrunda yarışacaqlar.

Doxsan səkkiz ölkədən ümumilikdə 609 (onlardan 360-ı kişi, 249-u qadın) idmançının qüvvəsini sınadığı turnirə fevralın 10-da yekun vurulacaq.

Oxşar xəbərlər

Cüdoçularımız “Böyük dəbilqə”də iştirak edəcək - SİYAHI
Azərbaycanı 13 cüdoçu təmsil edəcək - Böyük Dəbilqə
“Böyük dəbilqə” turnirində Azərbaycanı 16 cüdoçu təmsil edəcək - SİYAHI
“Böyük dəbilqə” turnirində 18 cüdoçumuz mübarizə aparacaq
Təl-Əviv Qran-Prisində 18 cüdoçumuz mübarizə aparacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər