Rəqibimiz FİFA-dan xaric edilir -Toplantı
Martın 31-də Qətər FİFA Konqresinin illik toplantısına ev sahibliyi edəcək.
Sportfm.az xəbər verir ki, gündəlikdəki məsələlərdən biri, daha dəqiq, dördüncüsü üzvlüyün dayandırılması və ya birlikdən xaric edilməsidir.
Söhbət Zimbabve, Keniya, Rusiya və Belarusun qurumdan çıxarılmasından gedir. Afrika ölkələri hökumətin federasiyaların işlərinə müdaxiləsinə görə cəzalandırılacaq. Rusiya və Belarus isə Ukrayna münaqişəsində iştiraka görə beynəlxalq futbol qurumlarının qəzəbinə tuş gəlib.
Üzvlük dondurulduğu halda, sözügedən ölkələrin qurukdakı fəaliyyəti avtomatik dayandırılacaq. Belədə digər federasiyalara onlarla idman əlaqəsi qadağan ediləcək.
Beləliklə, FİFA Rusiyanı xaric etsə, o zaman Valeri Karpinin komandası Millətlər Liqasında və AVRO-2024-ün seçmə mərhələsində iştirak etməyəcək. Bundan başqa, FİFA-ya üzv olan digər ölkələrin də Rusiya ilə yoldaşlıq oyunu keçirməsi qadağan ediləcək.
Bu baxımdan, Belarusla bağlı qərar Azərbaycan millisinin turnir planlarına təsir göstərəcək. Çünki bu ölkənin yığması millimizin Millətlər Liqasındakı rəqiblərindəndir.
Oxşar xəbərlər
Kamerun hökumətindən Rusiya qadağası
İran - Rusiya oyunu azarkeşsiz keçiriləcək - Yoxlama oyunu
Keniya və Zimbabve Afrika Millətlər Kubokundan kənarlaşdırıldı
Rusiya FİFA-dan uzaqlaşdırılacaq - Martın 31-də
Bakıda FİFA sammiti keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lixtenşteyn – Azərbaycan matçının hakimləri bilindi - Millətlər Liqası
-
“Sumqayıt”ın kapitanı Pakistan millisində
-
Gülər Hüseynova finala yüksəldi - Yeniyetmələrin Yay Olimpiya Oyunları
-
Riçard Almeyda “Qarabağ”da işə başladı
-
Yığmamız Almaniyaya böyük hesabla məğlub oldu
-
XI turun oyun cədvəli - II Liqa














Misli Premyer Liqası