reklam
Kamerun hökumətindən Rusiya qadağası
Sportfm.az xəbər saytı

Kamerun hökumətindən Rusiya qadağası


Futbol üzrə Kamerun millisi Rusiya yığması ilə yoldaşlıq oyunu keçirməkdən imtina edib.

Sportfm.az xəbər verir ki, Kamerun yığması matça ev sahibliyi etməkdən boyun qaçırıb. Afrika ölkəsinin hökuməti milli komandanın ruslara qarşı oynamasını qadağan edib.

Daha əvvəl bu komandalar arasında oyunun iyunun 15-də baş tuta biləcəyi bildirilirdi.

Rusiya yığması son dövrdə iki yoldaşlıq oyunu keçirib: İran (1:1) və İraqa qarşı (2:0).

FİFA və UEFA Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya təcavüzkar hücumundan sonra bu ölkənin klublarını və milli komandalarını himayəsində olan bütün yarışlardan uzaqlaşdırıb.

Oxşar xəbərlər

“Beşiktaş” Rusiya şirkətindən imtina etdi
Rusiya yığması meydana çıxacaq - Rəqib İrandır
Rusiya millisi uzun müddətdən sonra oyun keçirəcək - Yoldaşlıq görüşü
Rusiya UEFA və FİFA-nı şikayət etdi - CAS-a
Albaniya Rusiya ilə oynamaqdan imtina etdi - Millətlər Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər