"Zelenski Ukrayna xalqını birləşdirdi" -Andrey Şevçenko
Ukrayna millisinin sabiq baş məşqçisi Andrey Şevçenko Rusiyanın ölkəsini işğalı haqda danışıb.
Sportfm.az xəbər verir ki, o, əvvəlcə “Daily Mail” nəşrinə müsahibəsində hərbi təcavüzün ilk günləri haqda danışarkən deyib:
“Mən yatırdım. Anamdan zəng gəldi. O dedi ki, bunu söyləmək asan deyil, müharibə başladı. Rusiyanın müharibəyə başlayacağına inanmazdıq. Biz şoka düşdük”.
Şevçenko daha sonra deyib: “Onlar Ukrayna xalqına humanitar dəhliz vermirlər. Anam, bacım, əmim, xalam ordadır. Bəzi dostlarım ön xəttədir. Onlar ölkəmizi, azadlığımızı, seçimimizi, qürurumuzu müdafiə edirlər.
Prezident Volodimir Zelenskinin mövqeyi çox vacib idi. O, gedə bilərdi. Amma o, qalacağını, ölkəmizi müdafiə etməli olduğumuzu dedi. Bu, Ukrayna xalqını birləşdirdi. O, onlarla qaldı. Biz təslim olmayacağıq”.
Oxşar xəbərlər
Şevçenko bu millini çalışdıracaq
"Bütün Ukrayna üçün oynamalıyıq” – Şevçenko
"O, böyük prezidentdir" - Şevçenko
Şevçenko MLS-də çalışacaq
Andrey Şevçenko Ukrayna millisindən getdi - Müqavilə bitdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası