reklam
Sportfm.az xəbər saytı

"Bütün Ukrayna üçün oynamalıyıq” –Şevçenko


Ukrayna millisinin sabiq baş məşqçisi Andrey Şevçenko DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Şotlandiya ilə keçiriləcək oyunun əhəmiyyətini qeyd edib.

Sportfm.az xəbər verir ki, Şevçenko Şotlandiya ilə matçı ölkəsnin ümidi adlandırıb:

“Şotlandiya ilə oyun ölkənin ümididir. Dünya çempionatına vəsiqə hazırda Ukrayna üçün son dərəcə vacibdir. Komandanın motivasiyası inanılmazdır. Məncə, komandamız nəticə ilə bağlı fikirləri bir kənara qoyub, oyunun özünə diqqət yetirməlidir. Biz azarkeşlər, bütün Ukrayna üçün oynamalıyıq. İnanıram ki, qələbə qazanıb, sonra Ueli məğlub edib, dünya çempionatına çıxa bilərik. Futbolçular nə etməli olduqlarını bilirlər”.

Ukrayna millisi bu gün DÇ-2022-yə vəsiqə qazanmaq uğrunda yarımfinal oyununda Şotlandiya ilə qarşılaşacaq. Bu görüşün qalibi finalda Uels yığması ilə görüşəcək.

Oxşar xəbərlər

Niderland Uelsə, Ukrayna İrlandiyaya qarşı - Millətlər Liqası
Ukrayna millisi meydana çıxır - DÇ-2022
Şotlandiya - Ukrayna matçının vaxtı açıqlandı - DÇ-2022
Şotlandiya - Ukrayna matçının mümkün vaxtı - DÇ-2022
Ukraynanın oyunu təxirə salındı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər