Azərbaycan pasportu Andreyi xilas etdi -OLAY
Azərbaycan millisinin keçmiş qapıçısı Andrey Popoviçin ”Sumqayıt”a hansı şərtlərlə qayıtması məlum olub.
Son olaraq Ukraynada II liqa təmsilçisi LNZ-də çıxış edən 30 yaşlı qolkiper köhnə-yeni klubunda 1200-1500 dollar qazanacaq.
Bu isə 2 ay öncə ona təklif olunan məbləğdən iki dəfə artıqdır. Demə, Alkesey Baqa hələ yanvarın əvvəlində yığmanın sabiq üzvünün xidmətinə maraq göstərib.
“Kimyaçılar” geri dönməsi üçün ona 3000 dollar əməkhaqqı ödəməyə hazır olduğunu bilidrib.
O isə LNZ-də 2000 dollar maaş almasınını misal çəkərək, Ukraynadan ayrılmaq istəməyib. Rusiyanın bu ölkə ilə müharibəyə başlaması isə Popoviçi fikrindən daşındırıb.
Ukrayna höküməti 18-65 yaş civarında vətəndaşların ölkədən çıxışına qadağa qoyan fərman verib. Qapıçı Azərbaycanın bu ölkədəki səfirliyinə müraciət ünvanlamasını və viza açdırmasını “Sumqayıt”lı rəsmilərdən xahiş edib.
Vaxtilə millimizdə oynaması və Azərbaycan pasportuna malik olması Andreyin işinə yarayıb. Bu problemin həllində AFFA da “Sumqayıt”a yardım əlini uzadıb.
Karyerası ərzində ölkəmizdə “Bakı”, “Abşeron”, “Turan Tovuz” və “Qəbələ”nin formasını geyinmiş ”əlcək sahibi” sumqayıtlılarla 1,5 illik müqavilə bağlamağa razılaşıb.
Azərbaycanın U-17, U-19 və U-21 yığmaları ilə yanaşı, iki matçda da əsas millimizin (Albaniya – 1:0, Sinqapur – 2:2) şərəfini qorumuş Popoviç xüsusi şərtlərlə geri qaytarılıb.(sportinfo.az)
Oxşar xəbərlər
Premyer Liqamızda yeni mövsümün təqvimi - SİYAHI
Millinin sabiq üzvü "Sumqayıt"da - Müqavilə
Premyer Liqamızda Ukraynalı apıçı - "Artıq Bakıdayam"
Millimizin sabiq qapıçısı ikinci liqada - Müqavilə
"Sumqayıt" Andrey Popoviçlə bağlı qərar verdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası