1/4 və 1/2 final cütlükləri bəlli olacaq -Avropa Liqasının püşkü atılacaq
Bu gün UEFA Avropa Liqasında 1/4 və yarımfinal mərhələlərinin püşkü atılacaq.
Sportfm.az xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki tədbir Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.
Cari mövsümün son püşkatmasında komandalar səbətlərə bölünməyəcək və eyni ölkə təmsilçiləri bir-birinə rəqib ola biləcəklər.
Mərasimdə həmçinin final oyununun nominal meydan sahibini müəyyənləşdirmək üçün püşkatma keçiriləcək.
Avropa Liqası
1/4 final
"Leyptsiq" (Almaniya)
"Barselona" (İspaniya)
"Atalanta" (İtaliya)
"Braqa" (Portuqaliya)
"Reyncers" (Şotlandiya)
"Vest Hem" (İngiltərə)
"Ayntraxt" (Almaniya)
"Lion" (Fransa)
Qeyd edək ki, 1/4 final matçları aprelin 7-si və 14-də, yarımfinal qarşılaşmaları aprelin 28-də və mayın 5-də olacaq. Final görüşü isə mayın 18-də İspaniyanın Sevilya şəhərindəki "Roman Sançes-Pisxuan" stadionunda oynanılacaq.
Oxşar xəbərlər
1/4 finalın cütləri bilinəcək - Avropa Liqası
Avropa Liqasında 1/4 final mərhələsinin oyunları keçiriləcək
Son 2 mərhələnin püşkü atıldı - Konfrans Liqası
Avroliqada 1/4 və 1/2 final cütlükləri - Püşkatma
Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatması olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası