reklam
İdmançılar federasiya prezidenti ilə görüşdü -
Sportfm.az xəbər saytı

İdmançılar federasiya prezidenti ilə görüşdü -FOTO


Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev fiqurlu konkisürənlər Yekaterina Ryabova və Vladimir Litvintsevlə görüşüb.

Sportfm.az xəbər verir ki, o, görüşdə idmançıların 21 - 27 martda Fransanın Monpelye şəhərində keçiriləcək dünya çempionatına hazırlıqları ilə maraqlanıb, onlara tövsiyyələrini verib və uğurlar arzulayıb.

Nağıyev federasiyanın gələcək fəaliyyət planları haqqında danışaraq atletləri dəstəkləməyə hər zaman hazır olduqlarını bildirib.

Qeyd edək ki, Azərbaycanı dünya çempionatında Vladimir Litvintsev, Yekaterina Ryabova, həmçinin buz üstündə rəqs üzrə yığmanın üzvləri Yekaterina Kuznetsova və Aleksandr Kolosovskiy təmsil edəcək. 

Oxşar xəbərlər

İdmançılarımız püşkatma mərasiminə qatılmayacaq - Pekin-2022
4 idmançımızdan uğursuz çıxış - FİASKO
Pekinə vəsiqə qazandıq - Bu dəfə Ryabova
Ölkəmizi dünya çempionatında təmsil edəcək idmançılar - SİYAHI
Azərbaycanlı idmançı Rusiyaya Avropa çempionluğu qazandırdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər