"Qalatasaray" "Barselona" ilə bərabərə qaldı, "Atalanta" qələbə qazandı -Avropa Liqası
Avropa Liqasında 1/8 final mərhələsi davam edir.
Sportfm.az xəbər verir ki, ikinci oyun günündə 5 qarşılaşma keçirilib.
"Sevilya" "Vest Hem" ilə üz-üzə gəlib və 1:0 hesabı ilə qalib gəlib Türkiyənin turnirdəki yeganə təmsilçisi "Qalatasaray" isə "Barselona"nın qonağı olub və qolsuz bərabərə qalıb.
Moskva "Spartak"ı Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar Avropa Liqasından kənarlaşdırıldığı üçün ümumilikdə bu mərhələdə 8 oyundan 7-si baş tutmalıdır. "Spartak"ın əvəzinə isə "Leyptsiq" 1/4 finala birbaşa vəsiqə qazanıb.
Avropa Liqası, 1/8 final mərhələsi
İlk oyunlar
10 mart
21:45. "Sevilya" (İspaniya) - "Vest Hem" (İngiltərə) - 1:0
Qol: Haddadi, 60
00:00. "Reyncers" (Şotlandiya) - "Srvena Zvezda" (Serbiya) - 3:0
Qollar: Tavernier, 11-pen, Morelos, 15, Baloqun, 51
00:00. "Braqa" (Portuqaliya) - "Monako" (Fransa) - 2:0
Qollar: Ruiz, 3, Oliveyra,89
00:00. "Atalanta" (İtaliya) - "Bayer" (Leverkuzen, Almaniya) - 3:2
Qollar: Malinovski, 23, Muriel, 25, 49 - Aranquiz, 11, Diabi, 63
00:00. "Barselona" (İspaniya) - "Qalatasaray" (Türkiyə) - 0:0
9 mart
"Betis" (İspaniya) - "Ayntraxt" (Almaniya) - 1:2
"Portu" (Portuqaliya) - "Lion" (Fransa) - 0:1
Qeyd edək ki, bütün cavab görüşləri martın 17-də keçiriləcək.
Oxşar xəbərlər
"Barselona" "Ayntraxt"la, "Lion" "Vest Hem"lə bərabərə qaldı - Avropa Liqası
Avropa Liqasında 1/4 final mərhələsinin oyunları keçiriləcək
"Barselona" "Qalatasaray"la üz-üzə - UEFA Avropa Liqası
"Barselona" "Qalatasaray"a rəqib oldu - Avropa Liqası
"Qalatasaray" bərabərə qaldı, Mahirin komandası böyük hesabla uduzdu - Avropa Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası