Rusiyanın şikayəti təmin olunmadı -Qərar
İdman Arbitraj Məhkəməsi (CAS) FİFA-nın Rusiya milli komandalarına və klublarına qoyduğu qadağaları qüvvədə saxlayıb.
Sportfm.az xəbər verir ki, Rusiyanı təmsil edən milli komandalar və klublar qitə futbol qurumunun bayrağı altında keçirilən turnirlərdə iştirak edə bilməyəcəklər.
Məhkəmə Rusiya Futbol İttifaqının işə baxılması üçün sürətləndirilmiş prosedur istəyini də rədd edib.
CAS daha əvvəl Rusiya Futbol İttifaqının UEFA-nın analoji qərarından verdiyi apellyasiya şikayətini təmin etməmişdi.
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.
Oxşar xəbərlər
FİFA-dan Rusiyaya “yaşıl işıq”
Rusiya və Belarus cüdoçuları ilə bağlı qərar verildi - Yarışlarada iştirak etməyəcəklər
Belarus klubu ev oyunlarını Azərbaycanda keçirəcək
Rusiya FİFA-dan uzaqlaşdırılacaq - Martın 31-də
Premyer Liqa klublarına qadağa – Rusiya və Ukraynadan…
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
Avropa çempionatında ilk medalı Əhməd Yusifov qazandı















Misli Premyer Liqası