“Kəpəz” Premyer Liqaya qayıdarsa, 2 klub dağılacaq
“Kəpəz”in Premyer Liqaya qayıtması Region Liqasında iki komandanın dağılmasına səbəb olacaq.
Apasport.az saytının əldə etdiyi məlumata görə, Gəncənin bu turnirdəki təmsilçiləri “Qoşqar UGİM” və “Gəncə” yeni mövsümdən “Kəpəz”in tərkibinə veriləcək.
Məsələ burasındadır ki, “Kəpəz”in elitada çıxış etməsi üçün əvəzedici heyəti də formalaşmalı və I divizionda mübarizə aparmalıdır. Rəhbərlik də ehtiyat qüvvəni məhz “Qoşqar UGİM” və “Gəncə”nin gənc oyunçularından qurmağı planlaşdırır.
“Kəpəz”in aşağı yaş qruplarında çalışacaq məşqçilər də böyük ölçüdə məlumdur. Çox güman ki, veteran futbolçular Firuz Qulami, Fazil Pərvərov, Ceyhun Tanriverdiyev və Rövşən Əhmədov Gəncə klubunun yeniyetmə komandalarında fəaliyyət göstərəcəklər.
Qeyd edək ki, AFFA İcraiyyə Komitəsi 2022/23 mövsümündə Premyer Liqada komanda sayının 10-a yüksəldilməsini qərara alıb ki, elitaya qəbul olacaq klublardan biri “Kəpəz”dir.
Oxşar xəbərlər
“Kəpəz”də yeni futbolçu - 1 illik müqavilə
"Şahdağ” heyətini yeni futbolçularla gücləndirdi
Gəncə derbisində 14 qol vuruldu
"Kəpəz" Gəncənin komandasını məğlub etdi
Topaz Premyer Liqasının V turu rəqəmlərin gözü ilə - STATİSTİKA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası