Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Gəncə derbisində 14 qol vuruldu
“Kəpəz” Birinci Divizionda yaranmış fasilədə yoxlama oyunu keçirib.
Sportfm.az xəbər verir ki, “sarı-göylər”in rəqibi Region Liqasında Gəncəni təmsil edən “Qoşqar” komandası olub.
Matç Göygöl Olimpiya İdman Kompleksinin stadionunda reallaşıb. Oyun ərzində hər iki komandanın məşqçilər korpusu heyətdəki bütün futbolçuları sınaqdan keçirib. Hesaba gəlincə, Gəncə derbisi “Kəpəz”in böyükhesablı qələbəsi ilə nəticələnib - 12:2.
Xatırladaq ki, tərəflər arasında sentyabr ayında da yoldaşlıq görüşü keçirilmişdi və həmin oyunda da Birinci Divizion təmsilçisi 4:1 hesabı ilə qalib gəlmişdi.
Oxşar xəbərlər
"Kəpəz" hazırlıq matçı keçirdi - Gəncə klubu bərabərə qaldı
Gəncə derbisində 14 qol!
"Kəpəz" Gəncənin komandasını məğlub etdi
"Kəpəz" "Qəbələ"yə məğlub olmadı
"Kəpəz" yoxlama oyununda qalib gəldi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası