reklam
3-cü dövrə yekunlaşdı -
Sportfm.az xəbər saytı

3-cü dövrə yekunlaşdı -Azərbaycan Super Liqasında


Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında 3-cü dövrəyə yekun vurulub.

Sportfm.az xəbər verir ki, təxirə salınmış VIII turun son oyununda UNEC "Murov"u qəbul edib. Görüş qonaqların 3:2 (25:21, 16:25, 16:25, 28:26, 11:15) hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarını 8-ə çatdıran "Murov" 3-cü pillədəki mövqeyini qoruyub. 5 xalı olan UNEC sonuncudur. Turnir cədvəlinə 27 xalla "Abşeron" başçılıq edir. "Azərreyl" isə 14 xalla 2-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, günün ilk matçında "Azerreyl"ə 3:0 hesabı ilə qalib gələn "Abşeron" sona 3 tur qalmış çempionluğunu rəsmiləşdirib.

Oxşar xəbərlər

“Gəncə” və “Azərreyl”dən qələbə
UNEC öz zalında məğlub oldu
Favoritlər qalib gəldi - Azərbaycan çempionatı
"Azərreyl" və "Murov" qələbə qazandı - Yüksək Liqa
"Azərreyl" "Murov"u məğlub etdi - Yüksək Liqa

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər