reklam
“Ermənistan komandası da bu qədər irəli gedib “Marsel”lə oynasa, yaxşı olmazmı?”-
Sportfm.az xəbər saytı

“Ermənistan komandası da bu qədər irəli gedib “Marsel”lə oynasa, yaxşı olmazmı?”-Açıqlama


Ermənistan Futbol Federasiyası prezidentinin keçmiş müşaviri Zöhrab Yeqanyan  “Marsel” - “Qarabağ” matçı zamanı Marseldəki erməni diasporunun təxribatına münasibət bildirib: “Bu aksiya bizi birləşdirirsə, çox yaxşı. Amma 10 ildir bu sözü deyirəm, Ermənistan komandası da bu qədər irəli gedib “Marsel” kimi komandaya qarşı oynasa, daha yaxşı olmazmı? Ermənistan futbolunun əfsanəvi brendi olan “Ararat”ın hazırkı durumuna görə kim məsuliyyət daşıyır? Məgər bunu da türklər edir? Xeyr, bunu ki, ermənilər edir. Biz bu cür mənəvi qələbəyə sevindiyimiz halda, “Qarabağ” klubu bu ad altında milyonlarla insanı birləşdirib. İstəməzdiniz ki, Marseldə “Qarabağ”ın yerinə “Ararat” komandası oynasın, stadiondakı erməni bayrağının yerinə də Azərbaycan bayrağı olsun?  İstənilən şüurlu insan bunun olmasını istər. Gəlin, bir az realist olaq, real düşünək və irqiçi yanaşmadan əl çəkək. Gəlin, bir az ağıllı olaq”.

Oxşar xəbərlər

Türkiyəli idman yazarından kobud səhv - “Qarabağ” Ermənistan komandası deyilmi”
Mövsümün rəmzi komandası və ən yaxşı oyunçusu - Konfrans Liqası
UEFA “Qarabağ”ın oyunu ilə bağlı sorğu keçirir - Konfrans Liqası
"Qarabağ"ın oyunu təxirə salındı - “Marsel”ə görə
Erməni hücumçu Bakıya gələcək?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər